ABŞ Fars körfəzi ölkələrinin bir neçəsini İranla bağlı xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tehran noyabrın 3-də ABŞ-da keçiriləcək Konqresə aralıq seçkilərdən sonra qısamüddətli, lakin intensiv hərbi əməliyyata başlaya bilər:
“Pentaqon amerikalı hərbçiləri Yaxın Şərqdə təhlükə ilə üzləşə biləcəkləri hərbi bazalardan təxliyə edib. ABŞ Silahlı Qüvvələri regionda sursat ehtiyatlarını artırır, bombardmançı və qırıcı təyyarələr isə zərbələr endirməyə hazırlaşır”.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatları bərpa etmək barədə hələ yekun qərar verməyib.
Bununla belə, o, seçkilərdən sonra genişmiqyaslı hücumun həyata keçirilməsi variantına meyillidir.
Mümkün hədəflər arasında İranın infrastrukturu və nüvə obyektləri də ola bilər.
Günay Rəsulqızı
Globalinfo.az





