İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrini (Royal Navy) və Kral Hərbi Hava Qüvvələrini (Royal Air Force) rəsmi olaraq terror təşkilatları, xarici kəşfiyyat xidməti MI6-nı isə düşmən qruplaşması elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “IRNA” agentliyi nazirliyin bəyanatına istinadən məlumat yayıb.
Qurum bu qərarı Britaniya hökumətinin düşmənçilik xarakterli addımları ilə əsaslandırıb.
Bunlara ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirak, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Britaniyanın dövlət təhlükəsizliyinə təhdid yaradan qurumlar siyahısına daxil edilməsi daxildir.
Əliyar Xəlil
Globalinfo.az

