Dünya · Globalinfo.az

İranın nüvə siyasətində dəyişiklik ehtimalı gündəmdədir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranın nüvə siyasətində dəyişiklik ehtimalı gündəmdədir xəbəri üçün şəkil

İran hələlik nüvə doktrinasına dair yeni rəsmi qərar qəbul etməyib. Bununla belə, ölkədə mümkün yeni müharibə şəraitində doktrinanın dəyişdirilməsi məsələsi müzakirə olunur.

Globalinfo.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi dövlət televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, müzakirələrin əsas mövzusu müharibənin yenidən başlayacağı təqdirdə əvvəlki nüvə doktrinasının qüvvədə saxlanılıb-saxlanılmamasıdır. Lakin bu məsələ ilə bağlı dövlət səviyyəsində hələlik rəsmi qərar yoxdur.

Rzayi qeyd edib ki, İran cəmiyyətində bu məsələ ilə bağlı suallar yaranıb. O bildirib ki, ölkə Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamalarına müsbət yanaşıb, mütəxəssislərin nüvə obyektlərinə baxış keçirməsinə şərait yaradıb və agentliyin kameraları həmin obyektlərdə fəaliyyət göstərib. Buna baxmayaraq, onun iddiasına görə, bütün nüvə mərkəzləri hücuma məruz qalıb.

Rzayinin sözlərinə görə, bu səbəbdən İran vətəndaşları mövcud yanaşmanın niyə davam etdirilməli olduğunu soruşurlar.

Əliyar Xəlil,

Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑