Ölkə.az xəbər verir ki, bu barədə Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Möhsün Rzayi bildirib.
"Əlbəttə ki, hazırda sual müzakirə olunur: müharibə yenidən baş verərsə, əvvəlki nüvə doktrinası qorunub saxlanılacaqmı, yoxsa yox, amma hələlik dövlət səviyyəsində rəsmi qərar yoxdur", - deyə o, dövlət televiziyasında bildirib.
Rezainin sözlərinə görə, İran xalqının tələbləri var və onlar məntiq axtarırlar: "Onlar görürlər ki, İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamalarına müsbət reaksiya versə də, mütəxəssislərinə obyektlərin yoxlanılmasında kömək etsə də və agentliyin kameraları bütün yerlərdə olsa da, düşmən bütün nüvə mərkəzlərinə zərbə endirib. Buna görə də, insanlar bu vəziyyətin niyə davam etməli olduğunu soruşurlar".(Teleqraf)






