Dünya · Globalinfo.az

Xəzərdə əməliyyat: 44 gəmi saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xəzərdə əməliyyat: 44 gəmi saxlanıldı xəbəri üçün şəkil

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısını almaq məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zakon.kz məlumat yayıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin oktyabrın 31-də yaydığı məlumata əsasən, cari ilin oktyabr ayında dövlət qurumları ilə birgə keçirilən tədbirlər nəticəsində 126 hüquqpozucu və 44 kiçik ölçülü gəmi saxlanılıb.

Əməliyyatlar zamanı 11,5 kiloqram narkotik vasitə və brakonyerlikdə istifadə edilən, ümumi uzunluğu 88 kilometr olan balıq ovu torları müsadirə olunub. Torlarda aşkarlanan nərə və digər balıq növlərinə aid 2 337 balıq yenidən təbii yaşayış mühitinə buraxılıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, hüquqpozmalara görə 4,5 milyon tengedən (təxminən 16 875 manat) artıq inzibati cərimə tətbiq edilib.

Bundan başqa, dövlətə 840 milyon tengedən (təxminən 3,16 milyon manat) çox ziyanın dəyməsinin qarşısı alınıb.

Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Qazaxıstan vətəndaşlarını dənizdə müəyyən edilmiş rejim və qaydalara əməl etməyə çağırıb.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑