Dünya · Globalinfo.az

“Əvvəlki vəziyyətə qayıdış olmayacaq” – Starmerdən Avropaya mesaj

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Əvvəlki vəziyyətə qayıdış olmayacaq” – Starmerdən Avropaya mesaj xəbəri üçün şəkil

Avropa ilə ABŞ arasında müdafiə sahəsində münasibətlərdə baş verən dəyişikliklər müvəqqəti deyil və bu prosesi yalnız Donald Trampın prezidentliyi ilə əlaqələndirmək doğru olmaz.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Keyr Starmer Dublində Britaniya-İrlandiya Ticarət Palatasının təşkil etdiyi tədbirdə çıxışı zamanı bildirib.

Starmerin sözlərinə görə, ABŞ artıq Avropadakı müttəfiqlərinin müdafiə xərclərini maliyyələşdirmək niyyətində olmadığını açıq şəkildə ortaya qoyub.

“Artıq əvvəlki vəziyyətə qayıdış olmayacaq”, – deyə o vurğulayıb.

Keçmiş baş nazir qeyd edib ki, Avropa ölkələri öz müdafiə və təhlükəsizliklərinin təmin olunmasında daha böyük məsuliyyəti üzərlərinə götürməlidirlər.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑