Dünya · Globalinfo.az

Husilər bu ölkənin Müdafiə Nazirliyinin binasını vurdular

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər bu ölkənin Müdafiə Nazirliyinin binasını vurdular xəbəri üçün şəkil

Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səri məlumat verib.

Onun sözlərinə görə, husilər Ər-Riyadda yerləşən Müdafiə Nazirliyinin binasını ballistik raketlə hədəfə alıblar. Səri raketin hədəfi vurduğunu iddia edib.

Hərəkat nümayəndəsi həmçinin bildirib ki, husilər Səudiyyə Ərəbistanının cənubunda iki hərbi-nəqliyyat təyyarəsinə də ballistik raketlərlə zərbə endiriblər.

Onun iddiasına görə, hücumlardan biri Nəcran şəhərinin hava limanında, digəri isə Xamis-Muşayt şəhərindəki aviabazada həyata keçirilib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑