Peruda Hitler Mussolini Simeon Flores adlı namizəd Keropalka dairəsində keçirilən mer seçkilərində qalib gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “ABC” nəşri məlumat yayıb.
Sol mərkəzçi “Ahora Nación” partiyasından namizədliyini irəli sürən Hitler 229 səs toplayaraq etibarlı bülletenlərin 34,54 faizini qazanıb.
Qalibin qeyri-adi adı mətbuatın diqqətini çəkib. Hitler Mussolini Simeon Flores nasist Almaniyasının və faşist İtaliyasının liderləri Adolf Hitler və Benito Mussolininin şərəfinə adlandırılıb.
Bununla belə, KİV-in yazdığına görə, onun həmin liderlərin ideologiyasını bölüşdüyünə dair məlumat yoxdur. Namizədliyini irəli sürdüyü “Ahora Nación” partiyası isə sol mərkəzçi və millətçi baxışları ilə tanınır.
Siyasətçi hələlik “virtual qalib” hesab olunur. Onun seçkilərdə əldə etdiyi nəticə qanunvericilikdə nəzərdə tutulan prosedurlardan keçməlidir. Bundan sonra səlahiyyətli orqanlar yeni dairə rəhbərinin mandatını rəsmən təsdiqləyəcəklər.
Günay Rəsulqızı
Globalinfo.az






