Moldova prezidenti Maya Sandu ölkəsinin Rumıniya ilə birləşməsinin təhlükəsizliyi gücləndirə biləcəyini bildirib. Bununla belə, o, belə bir qərarın yalnız əhalinin geniş dəstəyi ilə qəbul edilə biləcəyini vurğulayıb.
Publika.az xəbər verir ki, Sandu bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Rumıniya ilə birləşmək bizə daha çox təhlükəsizlik gətirərdi. Lakin bu, yalnız çoxsaylı vətəndaşlarımızın dəstəyi ilə qəbul edilə biləcək ciddi qərardır”, - deyə Moldova lideri bildirib.
Müəllif: Adəm


