Peruda Hitler Mussolini Simeon Flores adlı namizəd Keropalka dairəsində keçirilən bələdiyyə seçkilərində qalib gəlib.
News24.az xəbər verir ki, “Ahora Nacion” partiyasından namizədliyini irəli sürən Hitler Mussolini Simeon Flores 229 səs toplayaraq səslərin 34,54 faizini qazanıb.
Qalib namizədin qeyri-adi adı mətbuatın diqqətini çəkib.
Hitler Mussolini Simeon Floresin Adolf Hitler və Benito Mussolininin şərəfinə adlandırıldığı bildirilir.
Onlar müvafiq olaraq nasist Almaniyasının və faşist İtaliyanın liderləri olublar.
Bununla belə, mediada onun həmin şəxslərin ideologiyasını dəstəklədiyinə dair hər hansı məlumatın olmadığı qeyd edilir.
Hazırda siyasətçi seçkilərin ilkin nəticələrinə əsasən faktiki qalib hesab olunur.
Onun səlahiyyətləri seçki qanunvericiliyində nəzərdə tutulan prosedurlardan sonra rəsmi şəkildə təsdiqlənəcək.





