Oktyabrın 8-i axşam saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Faryab şəhərində daha bir polis zabiti güllələnib.
Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Bildirilib ki, naməlum silahlı şəxslər polis mayoru Mehdi Cəmşidiyə atəş açıblar və 7 güllə yarası alan zabit yerindəcə həlak olub.
Hücumun məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.



