Dünya · News24.az

Rusiyalı məşhur cütlük Azərbaycanda villa aldı – Qiymət bəlli oldu

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyalı məşhur cütlük Azərbaycanda villa aldı – Qiymət bəlli oldu xəbəri üçün şəkil

Rusiyalı prodüser Yana Rudkovskaya və fiqurlu konkisürmə üzrə olimpiya çempionu Yevgeni Plyuşenko Azərbaycanda lüks villa alıblar.

News24.az xəbər verir ki, bu barədə “Super.ru” məlumat yayıb.

Məlumata görə, məşhur cütlüyün aldığı villa Azərbaycanın nüfuzlu yaşayış komplekslərindən birində yerləşir.

Bu cür daşınmaz əmlakın qiyməti 450 min dollardan başlayaraq 1 milyon dollara qədər yüksəlir.

Cütlük alqı-satqı müqaviləsinin dəyərini açıqlamayıb.

Yana Rudkovskaya daha əvvəl əmlakı alarkən yaxşı endirim əldə etdiyini bildirib.

Qeyd edək ki, cütlüyün 13 yaşlı oğlu Aleksandr Plyuşenko bu yaxınlarda Azərbaycan millisinin heyətində beynəlxalq turnirdə debüt edib.

O, Ankarada keçirilən yarışda ümumilikdə 171,65 xal toplayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑