İran Prezidenti Məsud Pezeşkian ölkəsi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) arasında daimi əməkdaşlıq formatının yaradılmasını təklif edib.
Gununsesi.info xəbər verir ki, İran Prezidenti bu formatın dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm olmasını nəzərdə tutduğunu bildirib.
“İran dialoq və əməkdaşlıq üçün ‘MDB ölkələri üstəgəl İran’ və ya ‘MDB+1’ formatında çevik və səmərəli mexanizm yaratmağı təklif edir”, – Pezeşkian qeyd edib.

