Dünya · Publika.az

Moskva və Kiyev üçün ayrı-ayrı dəhliz: Türkiyədən unikal həll yolu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskva və Kiyev üçün ayrı-ayrı dəhliz: Türkiyədən unikal həll yolu xəbəri üçün şəkil

Türkiyə hakimiyyəti Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün təşəbbüs irəli sürüb.

Publika.az xəbər verir ki, "Milliyet" qəzetinin məlumatına görə, plana əsasən, Rusiya və Ukrayna mülki gəmiləri üçün ayrı marşrutlar yaradılmalıdır.

Türkiyənin təklifinə əsasən, Ukrayna limanlarından üzən gəmilər üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına təhlükəsizlik dəhlizi açılacaq. Rusiya ticarət gəmiləri üçün marşrut Gürcüstan və Türkiyə sahilləri boyunca olacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan münaqişə tərəflərinə yeni səyahət marşrutlarının yaradılması təşəbbüsünü çatdırıb. Qəzetin məlumatına görə, Moskva və Kiyev hələlik təklif olunan şərtlərə "dəqiq cavab" verməyiblər.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑