Paşinyanın videosunda niyə Azərbaycan mahnısı səslənib? - İrəvandan açıqlama
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 9-da Türkmənbaşı şəhərindən paylaşdığı videoda eşidilən musiqi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həmin videoda azərbaycanlı ifaçı Zeynəb Həsənli tərəfindən ifa edilən “Aram-aram” mahnısının süni intellekt versiyası səslənir.
Sosial şəbəkələrin erməni seqmentində Nikol Paşinyanın həmin musiqi fonunda paylaşım etməsi sərt tənqidlərə səbəb olub.
"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, bu tənqidlərdən sonra Ermənistan baş nazirinin mətbuat xidməti məsələyə aydınlıq gətirməyə məcbur olub.
Belə ki, baş nazirin mətbuat xidmətinin bununla bağlı açıqlamasında bildirilib ki, Paşinyanın Türkmənbaşıdan paylaşdığı videoda eşidilən musiqi şəhərin fəvvarələrindən səslənib.
“Baş nazirin paylaşımında eşidilən musiqi fəvvarələrdən səslənir və fəvvarələrin musiqisidir. Video səhər saat 05:30-da çəkilib. Baş nazirin diqqətini də məhz həmin vaxt fəvvarələrin musiqi sədaları altında işləməsi cəlb edib”, – deyə mətbuat xidmətindən bildirilib.
Nikol Paşinyan musiqinin o qədər də fərqində olmayıb və onun türkmən mahnısı olduğunu zənn edib.
Xatırladaq ki, Nikol Paşinyan Türkmənbaşı şəhərində velosiped sürərkən izləyicilərini salamladığı video paylaşıb. O, paylaşımına “Sabahınız xeyir, gününüz xoş keçsin, hamınızı sevirəm” sözlərini yazıb.
Videonun fonunda azərbaycanlı müğənni Zeynəb Həsəninin “Aram-aram” mahnısının süni intellekt versiyası səslənib.
Paylaşım həm Ermənistan, həm də Azərbaycan sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


