İran nümayəndələri oktyabrın 31-də Dohada Qətər vasitəçiləri ilə Fars körfəzi regionunda müharibənin dayandırılması yollarını müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Danışıqlar ABŞ-da keçirilən aralıq seçkilərdən sonra bölgədə hərbi toqquşmaların yenidən başlamasının qarşısını almaq üçün aparılan diplomatik səylər fonunda baş tutub.
Adının açıqlanmasını istəməyən mənbənin bildirdiyinə görə, Doha görüşündən əvvəl, cümə günü Tehranda İran və Qətər nümayəndələri arasında 12 saatdan çox davam edən müzakirələr keçirilib.
Mənbə əlavə edib ki, təmaslar Vaşinqtonla daimi əlaqə və koordinasiya şəraitində davam etdirilir.
Safura Bənnayeva
Globalinfo.az


