Dünya · Axar.az

Vuçiç uduzdu, Serbiyada həbslər başladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vuçiç uduzdu, Serbiyada həbslər başladı xəbəri üçün şəkil

Keçmiş prezident Aleksandr Vuçiçin seçkilərdəki məğlubiyyətindən sonra Serbiya kriminal polisinin rəhbəri Marko Kriçak və Cinayətkarlıqla Mübarizə Xidmətinin rəisi Boşko Sekuloviç saxlanılıblar.

Axar.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Serbiya Ali Prokurorluğu Senjak rayonunda baş vermiş qətl işi ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz hərəkətləri səbəbindən hər iki şəxsin həbsinə qərar verib.

Qeyd edək ki, Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində Vuçiçin rəqibi “Tələbə Siyahısı” qalib gəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑