Dünya · Teleqraf

BƏƏ rəsmisi: İranla etimadın bərpası çox uzun vaxt aparacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BƏƏ rəsmisi: İranla etimadın bərpası çox uzun vaxt aparacaq xəbəri üçün şəkil

BAKI, 1 noyabr. TELEQRAF

"İranla münasibətlər vacibdir, çünki o, bizim qonşumuzdur və eyni geostrateji məkanı paylaşırıq. Biz İranın uzanan böhrana sürüklənməsini istəmirik".

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bildirib.

O qeyd edib ki, digər tərəfdən iki ölkə arasında etimad sarsılıb və buna BƏƏ-yə edilən hücumlar səbəb olub:

"Etimadın bərpası ilə İranla diplomatik münasibətlərin saxlanılması tamamilə fərqli anlayışlardır. Vasitəçilərin sayəsində diplomatik əlaqələr onsuz da var. Pozulan məhz etimaddır və onun bərpa olunması çox uzun vaxt aparacaq".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑