Dünya · Konkret.az

Peskovdan Avropaya sərt mesaj: Rusiya niyə dialoqa getmir? | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Peskovdan Avropaya sərt mesaj: Rusiya niyə dialoqa getmir? | KONKRET xəbəri üçün şəkil

Rusiya Avropa İttifaqı ilə dialoqun mümkün olmadığını bəyan edib. Kreml bunu Avropa liderlərinin Moskvanın strateji məğlubiyyətinə nail olmaq çağırışlarını davam etdirməsi ilə əlaqələndirir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Avropada yalnız Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya ilə milli maraqlar çərçivəsində danışmağa qərar veriblər.

“Biz faktiki olaraq görürük ki, qalanların hamısı, xüsusilə də Brüssel hələ də yalnız Rusiyaya strateji məğlubiyyətin yaşadılmasından danışır. Belə yanaşma ilə onlarla danışmaq mümkün deyil”, – deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü bildirib ki, Avropanın mövcud mövqeyi Moskva ilə siyasi dialoqun qarşısında əsas maneələrdən biridir.

 

 

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑