Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin faktiki olaraq dayandığını bəyan edib. Qurumun qənaətinə görə, ölkənin namizəd statusu hazırda formal xarakter daşıyır.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Gürcüstan namizəd statusunun əldə edilməsi ilə bağlı Komissiyanın tövsiyəsində yer alan doqquz addımı hələ də yerinə yetirməyib.
“Gürcüstan hakimiyyəti öz kursunu dəyişməsə və Aİ-yə üzvlüyün əsasını təşkil edən fundamental prinsiplərə qayıtmasa, ölkə nə namizəd statusundan, nə də üzvlüyə hazırlıq prosesindən faydalana biləcək”, – bəyanatda vurğulanıb.
Xatırladaq ki, Gürcüstana Aİ-yə üzvlüyə namizəd ölkə statusu 2023-cü ilin dekabrında verilib. 2024-cü il noyabrın 28-də Gürcüstan hökuməti Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayıb. Hökumət ölkənin 2030-cu ildə Aİ-yə üzvlüyə daha hazırlıqlı olacağını bəyan edib.
Əliyar Xəlil,



