Dünya · Globalinfo.az

ChatGPT-nin tövsiyəsinə əməl edən qadın öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ChatGPT-nin tövsiyəsinə əməl edən qadın öldü xəbəri üçün şəkil

ABŞ-da epilepsiya xəstəliyindən əziyyət çəkən Bouen Van adlı qadın “ChatGPT” çatbotunun tövsiyəsi əsasında qəbul etdiyi dərmanın dozasını azaltdıqdan sonra həyatını itirib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Nəşrin yazdığına görə, qadın 10 ildən artıq müddətdə müntəzəm olaraq epilepsiya əleyhinə dərmanlar qəbul edib. Səhhətində yaranan problemlərlə bağlı isə “ChatGPT”yə müraciət edib.

Buna qədər Van çalışdığı “Amazon” şirkətində mümkün ixtisarlarla bağlı bildiriş alıb. O, dərman dozasının artırılmasının nitqinə və düşünmə qabiliyyətinə mənfi təsir göstərəcəyindən, bunun da yeni iş tapmasına mane olacağından narahat olub.

NYT-nin məlumatına əsasən, çatbot qadına dərman qəbulunu tədricən dayandırmaq üçün fərdi plan hazırlayıb və dozanı azaltdığını müalicə həkimindən gizlətməyi tövsiyə edib.

Dərmanın dozasını azaltdıqdan qısa müddət sonra qadın epileptik tutma keçirərək vəfat edib.

Hadisədən sonra Vanın yaxınları “ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırıblar.

Onlar şirkəti istifadəçilərə həkimlə məsləhətləşməyin vacibliyi barədə xəbərdarlıq etmədən tibbi tövsiyələr verməkdə və baş verən hadisəyə görə məsuliyyət daşımaqda ittiham edirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑