Dünya · Trend.az

Netanyahunun siyasi gələcəyi ilə bağlı sensasion iddia yayıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahunun siyasi gələcəyi ilə bağlı sensasion iddia yayıldı xəbəri üçün şəkil

Bakı. Trend:

İsrail Prezidenti İsxak Hersoqun Baş nazir Benyamin Netanyahunun daha iki il hökumətə rəhbərlik etməsi, daha sonra siyasətdən getməsi müqabilində onu tam əfv etməyi təklif etdiyi iddia olunur.

Bu barədə İsrailin 14-cü telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Hersoq təxminən iki ildir bu ssenarinin reallaşdırılmasında maraqlıdır. İddia olunan təşəbbüs parlament seçkilərindən sonra hökumətin formalaşdırılması variantlarından biri kimi nəzərdən keçirilə bilər.

Bununla belə, İsrail Prezidentinin ofisi məlumatı təkzib edib. Qurum yayılan xəbəri saxta adlandırıb və hökumətin formalaşdırılması prosesi ilə bağlı spekulyasiyalarla məşğul olmadığını bildirib.

Xatırladaq ki, İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra hökumətin formalaşdırılması məsələsi qeyri-müəyyən olaraq qalır. İlkin nəticələrə görə, nə Benyamin Netanyahunun rəhbərlik etdiyi blok, nə də onun əsas rəqibi Qadi Ayzenkotun düşərgəsi parlamentdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilib.

Son məlumatlara görə, Netanyahunun “Likud” partiyası və müttəfiqlərinin 53, Ayzenkotun “Yaşar” partiyası və müttəfiqlərinin 48, ərəb partiyalarının isə 19 mandat qazanacağı proqnozlaşdırılıb. Yekun nəticələr və koalisiya danışıqları hökumətin gələcək tərkibinin müəyyənləşməsində həlledici olacaq.

Prezident İsxak Hersoq bildirib ki, seçkilərin rəsmi nəticələrini gələn həftə aldıqdan sonra parlament fraksiyaları ilə məsləhətləşmələr aparacaq və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində hökuməti formalaşdırmaq üçün namizədin müəyyənləşdirilməsi prosesinə başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑