ABŞ-nin keçmiş prezidenti, demokrat Barak Obama seçki kampaniyasına qoşulub.
Gununesi.info xəbər verir ki, o, Donald Tramp administrasiyasını Ukraynaya xəyanətdə ittiham edib.
“Kanada kimi mühüm müttəfiqlərimizi özümüzdən uzaqlaşdırdığımız bir vaxtda Ağ Ev Vladimir Putinə yaltaqlanır və öz azadlığı və demokratiyası uğrunda mübarizə aparan ukraynalılara xəyanət edir. Fitə basmayın, səs verin”, – Obama bildirib.



