Dünya · Globalinfo.az

Böyük təəssüf içindəyəm: Trampı itirdik – Zelenski

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Böyük təəssüf içindəyəm: Trampı itirdik – Zelenski xəbəri üçün şəkil

Ukrayna rəhbəri Volodimir Zelenski ABŞ lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında enerji sahəsində atəşkəs və dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşmalardan sonra özünü xəyanətə uğramış kimi hiss etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski jurnalist Pirs Morqana müsahibəsində danışıb.

“Güclü tərəfdaşımızı itirməyimiz təəssüf doğurur”, – Ukrayna lideri qeyd edib.

Zelenski vurğulayıb ki, Kiyev əldə olunan razılaşmalar naminə ölkənin suverenliyini qurban vermək niyyətində deyil.

“Biz ölkəmizi satmırıq. Bizim üçün bu, biznes deyil, həyatımızdır”, – deyə o bildirib.

Ukrayna Prezidenti həmçinin Donald Trampın mövqeyini tənqid edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Rusiyanın tərəfində dayanmaq əvəzinə neytral mövqeyini qoruyub saxlamalıdır.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑