Dünya · Globalinfo.az

Putin bu kiçik ərazini tutan kimi müharibəni bitirəcək – KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin bu kiçik ərazini tutan kimi müharibəni bitirəcək – KİV xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin Donbasın hazırda Ukraynanın nəzarətində olan qalan ərazilərini əldə etdikdən sonra sülh danışıqlarına qayıdacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlə yaxın mənbəyə istinadən “Reuters” yazıb.

Nəşrin məlumatına görə, söhbət Donbas ərazisinin 11 faizindən gedir.

Kreml rəhbəri həmin əraziləri əldə edərək ölkə daxilində bunu “qələbə kimi təqdim etmək” istəyir.

Qeyd olunur ki, Ukrayna Rusiyaya daha heç bir ərazini verməyəcəyini bəyan edib. Bununla belə, hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması sülh sazişi üçün əsas ola bilər.

Leyla Əlisoy
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑