Dünya · Axar.az

Rumıniyadan Qara dənizlə bağlı NATO-ya məktub...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rumıniyadan Qara dənizlə bağlı NATO-ya məktub... xəbəri üçün şəkil

Rumıniya müdafiə naziri vəzifəsini icra edən Radu Miruçe Qara dənizdə sahilyanı NATO dövlətlərinin vahid hərbi komandanlığının yaradılmasını təklif edib.

Axar.az xəbər verir ki, bu barədə Miruçe bolqarıstanlı həmkarı ilə telefon danışığında deyib.

"Sahilyanı NATO dövlətlərinin birgə hərbi komandanlığına ehtiyacı var və biz buna nail olmaq üçün addımlar atmalıyıq. Qara dənizdəki hadisələrdən sonra telefonla danışdığım Bolqarıstan müdafiə nazirinə NATO rəhbərliyinə birgə məktub imzalamağı təklif etdim. Bu məktubda biz hər iki ölkənin belə bir komandanlığın yaradılması ilə bağlı mövqeyini dəstəkləyəcəyik və bütün sahilyanı dövlətlər arasında həm onun yerləşdirilməsi, həm də rəhbərliyi ilə bağlı növbələşmə olacaq", - deyə o bildirib.

Miruçe əlavə edib ki, Rumıniya bu komandanlığa rəhbərlik etməyə və 2028-ci ildən başlayaraq Qara dəniz sahilində bu strukturu yerləşdirməyə hazırdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑