Dünya · Axar.az

Yunanıstan limanında qaçaqmalçılıq: 24 qutu silah...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yunanıstan limanında qaçaqmalçılıq: 24 qutu silah... xəbəri üçün şəkil

Yunanıstanın Saloniki limanında gömrük əməkdaşları tərəfindən həyata keçirilən növbəti təsadüfi yoxlama zamanı böyük bir silah qaçaqmalçılığının qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu barədə “ERT-nyus” telekanalı məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları içərisində 3 mindən çox lüləli silah olan 24 qutu aşkar edərək müsadirə ediblər.

Qaçaqmalçılıqla Mübarizə Agentliyinin (AADE) diqqətini çəkən şübhəli konteyner səyyar rentgen sistemindən istifadə edilməklə yoxlanılıb. Sənədlərdə Çin limanından gələn bu yükün guya “günəş eynəkləri və muncuqlardan” ibarət olduğu və son təyinat məntəqəsinin Bolqarıstanda fəaliyyət göstərən bir şirkət olduğu qeyd olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑