Dünya · Bakupost.az

SEPAH: İran dağılma təhlükəsindən sovuşdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SEPAH: İran dağılma təhlükəsindən sovuşdu xəbəri üçün şəkil

“ABŞ-nin İrana qarşı müharibəsi formasına görə “dünya müharibəsi” adlandırılmasa da, bir çox ölkə onun nəticələrini dünya müharibəsi səviyyəsində qiymətləndirir”.


"Bakupost" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini Yədullah Cəvani deyib.
“Bizim qiymətləndirməmizə görə, İran və müqavimət cəbhəsi (Tehranın Yaxın Şərqdəki proksi qüvvələri - red.) bu döyüşdən qələbə ilə çıxacaq və bunun nəticələri regionun və dünyanın gələcək geosiyasi hesablamalarında özünü göstərəcək”, - SEPAH rəsmisi bildirib.
Cəvani iddia edib ki, İran ölkənin dağılması ilə nəticələnə biləcək qəfil hərbi hücum təhlükəsi mərhələsini artıq geridə qoyub:
“Döyüşün nəticəsi mütləq düşmənin ilkin hesablamalarına uyğun olmayacaq. Silahlı qüvvələr hazır vəziyyətdədir və düşmənin istənilən səhvi ciddi reaksiya və sarsıdıcı cavabla qarşılanacaq”.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑