Dünya · Globalinfo.az

Avropa İttifaqı 2027-ci ildə 28-ci üzvünü qəbul edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqı 2027-ci ildə 28-ci üzvünü qəbul edə bilər xəbəri üçün şəkil
Evropske zastave pred stavbo Berlaymont, sedežem Evropske komisije v Bruslju.
02.05.2013
Foto: Shutterstock

Monteneqronun 2027-ci ilin sonunadək Avropa İttifaqının (Aİ) 28-ci üzvü olması mümkündür.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının illik genişlənmə hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, Monteneqro 2026-cı ilin sonuna qədər Aİ-yə üzvlüklə bağlı danışıqları yekunlaşdıra bilər. Danışıqlar uğurla başa çatarsa, ölkə 2027-ci ilin iyununda keçiriləcək sammitdə ittifaqa qoşulma sazişini imzalaya bilər.

Sənəd bütün Aİ üzv dövlətləri tərəfindən təsdiqlənəcəyi təqdirdə, Monteneqro həmin ilin sonunadək birliyə 28-ci üzv kimi qoşula bilər.

Bunun üçün ölkənin Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalara və viza məhdudiyyətlərinə tam şəkildə qoşulması da tələb olunur.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑