ABŞ-dəki aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Ağ Evin rəsmi səhifəsi “X”də Donald Trampın fotosunu “Xatırladırıq: Tramp hələ də sizin prezidentinizdir” qeydi ilə yayımlayıb.
Yenicag.az xəbər verir ki, sözügedən paylaşım demokratların Konqresdə üstünlük əldə etməsindən sonra yayılıb.
Xatırladaq ki, bundan öncə “Associated Press” agentliyi Senatda demokratların 53, respublikaçıların isə 42 yer əldə etdiyini qeyd etmişdi. Nümayəndələr Palatasında isə demokratlar 221, respublikaçılar 129 mandat qazanıblar.



