ransa Ərazi Kəşfiyyat Xidmətinin məlumatına görə, noyabrın 5-i axşam Parisətrafı yerlərdə 500 min nəfərdən 780 min nəfərədək etirazçının nümayişlərdə iştirakı gözlənilir. Parisin Polis Kəşfiyyat İdarəsinin proqnozuna görə isə bu şəhərdə 40 mindən 80 minədək insanın etiraz aksiyalarına qatılacağı proqnozlaşdırılır.
AZXEBER.COM xəbər verir ki, Ərazi Kəşfiyyat Xidmətinin əməkdaşlarının məlumatına görə, noyabrın 5-i "yüksəkriskli gün” kimi qiymətləndirilib.
BFMTV-nin yazdığına görə, hesabatda, xüsusilə şəhər mərkəzlərində zorakılığın yeni həddə çata biləcəyi bildirilib.
Vurğulanıb ki, Nazirlər Kabinetinin iclasından sonra Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasının keçirilməsi planlaşdırılır. Məqsədi qarşıdakı iki etiraz aksiyasına ictimai asayişin qorunması və hüquq-mühafizə tədbirləri baxımından hazırlıq görməkdir.
Yaxın Şərqdəki müharibənin səbəb olduğu inflyasiya fonunda həmkarlar ittifaqlarının tələbləri əməkhaqqının artırılması ilə bağlıdır. Planlaşdırılan etiraz aksiyalarına iki gün qalmış hökumət Fransanın 10 min yanacaqdoldurma məntəqəsindən 6 minində dizel yanacağının qiymətinin aşağı düşdüyünü vurğulayıb.
Oktyabrın 17-dən etibarən yaşayış xərclərinin yüksək olmasına qarşı etirazların təşkilində əsas rol oynayan "Sarı jiletlilər” Koordinasiya Mərkəzi tətil və yolların bağlanması aksiyalarında iştiraka, hərəkatın "dördüncü aktı” elan edilmiş şənbə gününədək təzyiqin davam etdirilməsinə çağırır.
Noyabrın 3-də CGT həmkarlar ittifaqının dərc etdiyi xəritədə Fransanın müxtəlif bölgələrində ayın 5-də keçirilməsi planlaşdırılan etiraz aksiyalarının sayının 244 olduğu göstərilib. Fransanın Milli Dəmir Yolu Şirkəti regional və Parisdaxili dəmir yolu xətlərinin əksəriyyətində hərəkətdə fasilələr, TGV sürətli qatarlarının hərəkətində isə cüzi pozuntular olacağını gözləyir.



