İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ Prezidenti Donald Trampın İranla qarşıdurmada ciddi məğlubiyyətə uğradığını iddia edib.
Globalinfo.az xəbər verir ki, Rzayi bu barədə “X” hesabında paylaşım edib.
O bildirib ki, İran xalqı Trampa döyüş meydanında və Hörmüz boğazında strateji, Vaşinqtonda isə siyasi məğlubiyyət yaşadıb.
Rzayinin sözlərinə görə, ABŞ vətəndaşları və hökuməti Trampın müharibə təşəbbüslərinin ağır maliyyə və digər xərclərini öz üzərlərində hiss ediblər.
İran rəsmisi əlavə edib ki, İslam Respublikası ilə qarşıdurmaya girən hər kəs döyüş meydanından tutmuş öz evinin astanasınadək bunun ağır nəticələri ilə üzləşəcək.
Əliyar Xəlil,


