Dünya · Globalinfo.az

Yeni müharibə təşvişi başladı – Əhali kütləvi şəkildə ərzaq yığır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yeni müharibə təşvişi başladı – Əhali kütləvi şəkildə ərzaq yığır xəbəri üçün şəkil

İranda yeni mümkün müharibə ilə bağlı narahatlıqlar əhali arasında ərzaq ehtiyatı tendensiyasını gücləndirib.

Globalinfo.az xəbər verir ki, Həmədan şəhərində sakinlərin kütləvi şəkildə alış-veriş etməsi nəticəsində bəzi mağazalarda məhsul qıtlığı yaranıb.

Şəhərdən yayılan məlumatlara görə, hərbi gərginliyin artmasından ehtiyat edən insanlar gələcəkdə ərzaq təminatında problem yarana biləcəyini düşünərək, gündəlik tələbat məhsullarını əvvəlcədən almağa çalışırlar.

Noyabrın 3-də alış-veriş üçün mağazaya gedən sakinlərdən biri satış rəflərinin böyük hissəsinin boşaldığını bildirib.

Bildirilir ki, əhali əsasən gələcəkdə mümkün təchizat çətinliklərinə qarşı ərzaq və digər zəruri məhsulları ehtiyatda saxlamağa üstünlük verir.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑