Əbu-Dabidə keçiriləcək Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları təhlükəsizlik məsələlərinə və təhlükəsizlik zəmanətlərinə həsr olunacaq. Görüş qapalı qapılar arxasında baş tutacaq.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tam tərkibi vaxtı çatanda açıqlanacaq.
Daha əvvəl Peskov Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını bildirmişdi. Peskov həmçinin məlumat verib ki, Ağ Evdə ABŞ-nin birinci xanımı Melaniya Trampla keçiriləcək görüşdə Rusiyanı insan hüquqları üzrə müvəkkil Yana Lantratovanın və Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin təmsil edəcəyi gözlənilir.



