Dünya · Azxeber.com

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər xəbəri üçün şəkil
İordaniya kralı II Abdullah ibn əl-Hüseyn noyabrın 5-6-da Qazaxıstana rəsmi səfər edəcək.
AZXEBER.COM xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov açıqlayıb.
Onun sözlərinə görə, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək. Yüksək səviyyəli danışıqlar zamanı tərəflər ticari-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Bundan başqa, noyabrın 5-7-də Tacikistan Prezidenti Emoməli Rəhmon Qazaxıstana rəsmi səfər edəcək. İki ölkənin liderləri strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərini nəzərdən keçirəcəklər.
Həmçinin noyabrın 6-da Astanada bir sıra dövlət başçılarının iştirakı ilə Akaba prosesinin sammiti keçiriləcək.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑