Böyük Britaniyada bir qrup etirazçı ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Leykenhit aviabazasının əsas girişində aksiya keçirərək yolu bağlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişi pozmaq və digər hüquqpozmalar törətməkdə şübhəli bilinən şəxsləri saxlayırlar.
“Qanlı müharibələrə son” (No More Bloody Wars) adlı etiraz qrupunun açıqlamasına əsasən, aksiya ABŞ-nin iştirak etdiyi “qanunsuz müharibələrə” etiraz məqsədi daşıyır. Nümayiş həmçinin sabah ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərlə əlaqələndirilib.
Aksiya iştirakçılarından 10-u aviabazanın əsas girişində özlərini avtomobilə və bir-birinə bağlamaq üçün xüsusi möhkəm qıfıllardan istifadə edib.
Etirazçılar Britaniya hökumətindən ölkə ərazisində yerləşən ABŞ hərbi bazalarının bağlanmasını tələb edib, həmçinin Londonun Yaxın Şərqdəki münaqişələrə dəstəyini dayandırmasının vacibliyini vurğulayıblar.
Əliyar Xəlil,


