Səhiyyə · Globalinfo.az

Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib? xəbəri üçün şəkil

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Fikrət Cəfərova direktor vəzifəsinin icrası tapşırılıb. Bu barədə mediada məlumat yayılıb.

Globalinfo.az-ın xəbərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fikrət Cəfərovun direktor vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Qurumdan qeyd olunub ki, xidməti zərurətlə əlaqədar direktor vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilib.

Xatırladaq ki, iddiaya görə, Fikrət Cəfərova oktyabrın 8-də TƏBİB-in əvvəlki icraçı direktoru Anar Bayramovun əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Buna səbəb TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin araşdırması zamanı aşkarlanan əmək və icra intizamı pozuntuları göstərilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑