Səhiyyə · Ölkə.az

Qadınlarda ürək xəstəlikləri hansı yaşda və necə başlayır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qadınlarda ürək xəstəlikləri hansı yaşda və necə başlayır? xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə kardioloqlar Nikol Vaynberq, Sədiya Xan və Cennifer Heyt “Women's Health” nəşrinə danışıblar.

Həkimlərin sözlərinə görə, ilk dəfə dörd böyük tibb təşkilatının mütəxəssisləri qadınlarda ürək xəstəliklərinin profilaktikasına dair yeni yanaşma barədə razılığa gəliblər. N.Vaynberq bu tövsiyələrin çoxdan gözlənildiyini vurğulayıb.

Onun sözlərinə görə, yeni tövsiyələrdə qadınların həyat dövrü dörd mərhələyə bölünüb: ilk menstruasiyaya keçid dövrü, müntəzəm menstrual tsikllər dövrü, perimenopauza və postmenopauza. Bu mərhələlərin hər birində ürək-damar xəstəlikləri üçün risk amilləri dəyişdiyindən, profilaktika və müalicə seçimi zamanı yaş xüsusiyyətlərinin nəzərə alınması vacibdir.

Cennifer Heyt bildirib ki, xüsusilə güclü və ya qeyri-müntəzəm menstruasiya ürək xəstəlikləri riskinin artmasına işarə edə bilər. Perimenopauza dövründə isə xolesterin səviyyəsində və maddələr mübadiləsində dəyişikliklər erkən xəbərdarlıq siqnalları ola bilər.

Həkimlər hamiləlik dövrünə də xüsusi diqqət yetiriblər. Belə ki, preeklampsiya, hamiləlik diabeti və vaxtından əvvəl doğuş kimi ağırlaşmalar gələcəkdə ürək-damar xəstəlikləri riskinin artdığını göstərə bilər.

Sədiya Xan əlavə edib ki, yeni tövsiyələr qadın sağlamlığına göstərilən tibbi diqqətin yaxşılaşdırılmasına kömək edəcək. Onun sözlərinə görə, hazırda kardioloqların, ginekoloqların və digər mütəxəssislərin göstərdiyi tibbi xidmətlər arasında əlaqə kifayət qədər deyil. Halbuki bu sahələr bir-biri ilə sıx bağlıdır.

Həmidə İbrahimova

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑