Dünya · Globalinfo.az

Ölkə od içindədir, sərhədləri bağlayın! – Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ölkə od içindədir, sərhədləri bağlayın! – Tramp xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi iğtişaşlarla bağlı açıqlama verərək ölkə rəhbərliyini sərhədləri bağlamağa və vəziyyətə nəzarəti gücləndirməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, Fransadakı vəziyyətin miqrasiya ilə əlaqəli olduğunu iddia edərək ölkənin gələcəyi ilə bağlı narahatlığını ifadə edib.

“Fransa od içindədir! Tamamilə fərqli dünyadan gələn, qəlbində nifrət daşıyan insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni məhv etdi. Hələ gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün”, – deyə Tramp yazıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑