Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Komandanı Mixail Drapatının məruzəsindən sonra cəbhə xəttindəki son vəziyyətlə bağlı bəyanat verib.
Bizim.Media xəbər verir ki, Zelenski payızın əvvəlindən bəri Ukrayna hərbçilərinin Rusiyanın işğal etməyə müvəffəq olduğu ərazilərdən daha çox sahəni azad etdiyini bildirib.
Zelenski Dobropolye, Konstantinovka, Alekseyevo-Drujkovka, Orexov, Novopavlovka, Novoandreyevka və Velikomixaylovka kimi yaşayış məntəqələrinin tam olaraq Ukraynanın nəzarətində qaldığını vurğulayıb.
Hava Desant Qoşunları və Üçüncü Ordu Korpusunun uğurlu hərbi əməliyyatlarını xüsusi qeyd edən dövlət başçısı Dobropolye istiqamətində vəziyyətin mürəkkəb olduğunu, lakin rus qoşunlarının şəhərə daxil olmaq və həmlə etmək cəhdlərinin qətiyyətlə dəf edildiyini diqqətə çatdırıb.
Ukrayna Prezidenti rəqib qüvvələrinin Zaporojyedən 20 kilometrlik məsafədə məhv edildiyini bəyan edərək, Rusiya tərəfinin 5 kilometrliyə yaxınlaşması barədə iddialarını fərziyyə adlandırıb.
Eyni zamanda, Ukrayna Ordusunun "Cənub" qoşun qruplaşması və Baş Qərargah Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun 92 yaşayış məntəqəsinin tutulması barədə açıqlamalarını təkzib edib. Üçüncü Ordu Korpusunun isə Liman istiqamətində "Vivaldi" əməliyyatının dördüncü mərhələsini tamamlayaraq daha 101 kv. km ərazini azad etdiyi vurğulanır.
Bizim.Media






