Şimali Koreya lideri Kim Çen İn Çinə elan olunmamış səfər edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, Kim Çen İn bir az əvvəl Çinin Lioninq vilayətinin Dandonq bölgəsinə gəlib.
Onun Çinə səfərinin iki ölkə sərhədində yerləşən Yeni Yalu Çayı Körpüsü vasitəsilə baş tutduğu bildirilib.
Səfərlə bağlı ətraflı məlumat verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Kim Çen İnin ölüm xəbəri yayılmışdı.



