Dünya · News24.az

Donald Trampın keçmiş gəlini xərçəngə qalib gəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Donald Trampın keçmiş gəlini xərçəngə qalib gəldi xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Trampın keçmiş həyat yoldaşı Vanessa Tramp döş xərçəngindən sağaldığını açıqlayıb.

News24.az xəbər verir ki, o, qızı Kaya Trampın İnstaqramda yayımlanan podkastında danışıb.

“Nəhayət ki, xərçəngdən azad oldum”, – deyə Vanessa Tramp bildirib.

Onun sözlərinə görə, həkimlər 2026-cı ilin aprelində ona döş xərçəngi diaqnozu qoyublar. O, bu barədə ictimaiyyətə bir ay sonra məlumat verib. Vanessa Tramp son müayinələrinin nəticələrinin təmiz çıxdığını və xərçəngdən sağaldığını qeyd edib.

Qeyd edək ki, Vanessa Tramp və Donald Tramp 2005-ci ildə ailə qurublar. Onların nikahı 2018-ci ilin sonunda rəsmən başa çatıb, boşanma barədə məlumat isə 2019-cu ilin fevralında ictimaiyyətə açıqlanıb. Cütlüyün beş övladı var.

2026-cı ilin mayında Donald Trampın böyük oğlu Bettina Andersonla evlənib. ABŞ Prezidenti Donald Tramp dövlət vəzifələri ilə bağlı öhdəliklərinə görə oğlunun toyunda iştirak edə bilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑