Dünya · Trend.az

Paşinyanın deputatlarında mandat və maaş narahatlığı var – KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyanın deputatlarında mandat və maaş narahatlığı var – KİV xəbəri üçün şəkil

Bakı. Trend:

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları Baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinə getməyəcəyinə ümid edirlər.

Bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hakim fraksiyanın deputatları növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə mandatlarını və qarşıdakı beş il ərzində aldıqları yüksək maaşları itirmək ehtimalından narahatdırlar.

Qəzetin yazdığına görə, fraksiya üzvləri Paşinyanın belə bir addımla siyasi riskə getməyəcəyini düşünürlər. Onların bu qənaətinə Baş nazirin Azərbaycanla sülh müqaviləsini 2031-ci ilədək imzalamaq niyyəti də təsir edir.

Bununla belə, Paşinyan oktyabrın 22-də növbədənkənar seçkilərin mümkünlüyünü istisna etməyib. O, yeni Konstitusiyanın qəbulu məsələsində müxalifətin dəstəyini əldə etmək mümkün olmasa, alternativ ssenarilərə, o cümlədən növbədənkənar seçkilərə baxıla biləcəyini bildirib.

Ermənistanın daxili siyasi gündəmində Konstitusiya dəyişikliyi və Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələləri mühüm yer tutur. Bakı sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alan müddəaların aradan qaldırılmasını vacib sayır. İki ölkə arasında sülh sazişinin mətni 2025-ci ilin avqustunda paraflansa da, sənəd hələ imzalanmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑