Dünya · Konkret.az

Ukrayna müharibəni indiki cəbhə xətti üzrə dayandırmağa hazırdır, lakin… - Zelenski | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna müharibəni indiki cəbhə xətti üzrə dayandırmağa hazırdır, lakin… - Zelenski | KONKRET xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin hazırkı cəbhə xətti üzrə dayandırılmasına razı olduğunu, lakin Rusiyaya əlavə ərazilərin verilməsini qəbul etməyəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Zelenski bu barədə ABC News telekanalına müsahibəsində danışıb.

Ukrayna lideri sülh sazişinin imzalanmasına hazır olduğunu və bunun elə bu gün mümkün ola biləcəyini qeyd edib.

Onun sözlərinə görə, Rusiya hazırda Ukrayna ərazisinin 19 faizindən çoxuna nəzarət edir. Kiyev tərəfi mövcud cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasına razıdır, lakin Moskvanın nəzarətinə əlavə ərazilərin verilməsini qəbuledilməz hesab edir.

Zelenski, həmçinin ABŞ-ın Ukraynaya göstərdiyi dəstəyin yetərli olmadığından şikayətlənib.

Günay Əli

KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑