İdman · Futbolpress.az

Ronaldo milliyə qayıdır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldo milliyə qayıdır? xəbəri üçün şəkil

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo noyabr ayında baş tutacaq milli komandaların növbəti beynəlxalq fasiləsində heyətə daxil ediləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının (PFF) prezidenti Pedro Proensa rəsmi açıqlama verib.

Federasiya rəhbəri təcrübəli hücumçunun qayıdışı ilə bağlı qurumun və komandanın mövqeyini ifadə edib:

“Federasiya, məşqçi və bütün komanda yoldaşları eyni fikirdədir. Kriştianonun qayıtmasını istəyirik. O da qayıtmağa hazırdır. Onun artıq noyabrdakı milli oyunlar üçün fasilə zamanı komandaya yığmaya qayıdacağını gözləyirəm”.

Ronaldo sentyabrın 30-da Millətlər Liqası çərçivəsində Danimarka ilə keçiriləcək qarşılaşma öncəsi Kopenhagendə yığmanın düşərgəsini icazəsiz tərk etmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑