İdman · Futbolpress.az

Ramil qələbənin iştirakçısı oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ramil qələbənin iştirakçısı oldu xəbəri üçün şəkil

Rusiya Birinci Liqasında 13-cü turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” öz meydanında “Ufa” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk yarısında qol qeydə alınmayan matçda həlledici qolu 59-cu dəqiqədə Zaxar Fyodorov vuraraq komandasına vacib 3 xal qazandırıb.

Rusiya Birinci Liqası

13-cü tur

Soçi – Ufa 1:0

Qol: Fyodorov, 59

Milli yığmamızın üzvü Ramil Şeydayev görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Təcrübəli forvard 76-cı dəqiqədə Mixail İqnatovun yerinə oyuna daxil olub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran “Soçi” turnir cədvəlindəki mövqeyini möhkəmləndirib. “Ufa” isə 18 xalda qalıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑