Misli Premyer Liqasının 7-ci turu çərçivəsində "Turan Tovuz" "Şəfa"ya 1:0 hesabı ilə qalib gəlib.
Bizim.Media xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:
"Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Bu qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiçi yenə ağır zədələndi".
- Denis Marandiçinin durumu necədir?
- Kəllə-beyin travması alıb. Əməliyyat ediləcək.
- Son vaxtlarda Ehtiram Quliyevin klubdan gedə biləcəyi haqda söz-söhbətlər var. Bu, sizə və komandaya necə təsir edir?
- Bu sualı niyə mənə verirsiniz? Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar. Biz ümumiyyətlə belə bir şey eşitməmişik. (Milli.az)
Bizim.Media
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





