İspaniya La Liqasında X turun növbəti matçları başa çatıb.
Futbolpress.az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Atletiko” (Madrid) öz meydanında “Deportivo”nu qəbul edib. Paytaxt təmsilçisi ikinci hissənin başında Xulian Alvaresin vurduğu yeganə qolla 1:0 hesablı minimal qələbə qazanaraq vacib 3 xalı aktivinə yazdırıb.
Günün ən dratmatik matçı Valensiyada baş tutub. “Valensiya” – “Vilyarreal” qarşılaşmasında meydan sahibləri Pepelun penalti qolu ilə önə keçsələr də, qonaqlar ikinci yarıda geridönüş ediblər. Aleksander Friman bərabərliyi bərpa edib, Jorj Mikautadze isə 90+6-cı dəqiqədə vurduğu qolla “Sarılar”a 2:1 hesablı zəfəri qazandırıb.
Günün digər qarşılaşmalarında “Elçe” səfərdə “Rayo Valyekano”nu 3:0 hesabı ilə darmadağın edərək turun əsas sensasiyasına imza atıb. “Rasinq” (Santander) isə öz evində “Espanyol” üzərində 2:1 hesablı iradəli qələbə qazanıb.
Qeydə alınan nəticələr:
İspaniya La Liqası
X tur
Rayo Valyekano – Elçe 0:3
Qollar: Federiko Redondo, 23 (pen.), Fernando Ninyo, 36 (pen.), Xerman Valera, 68
Rasinq (Santander) – Espanyol 2:1
Qollar: Januel Belosyan, 69, Yassir Zabiri, 84 – Edu Esposito, 62
Valensiya – Vilyarreal 1:2
Qollar: Pepelu, 38 (pen.) – Aleksander Friman, 69, Jorj Mikautadze, 90+6
Atletiko (Madrid) – Deportivo 1:0
Qol: Xulian Alvares, 48






