İdman · Futbolpress.az

“İmişli”nin futbolçusundən etiraz – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İmişli”nin futbolçusundən etiraz – FOTO xəbəri üçün şəkil

Azərbaycan futbolunda hakimlərin qərarları və sonradan edilən rəsmi etiraflar müzakirələrə səbəb olmağa davam edir.

Futbolpress.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun FIFA referisi Elçin Məsiyevin “Kəpəz” – “İmişli” matçındakı səhvini etiraf etməsi rezonans doğurub. Komitə sədri qonaq komandanın sayılmayan qolunda heç bir qayda pozuntusunun olmadığını bildirmişdi.

“Futbolpress.az”ın rəsmi “Instagram” səhifəsində bu barədə paylaşılan videoya “İmişli” klubunun futbolçusu Azər Salahlı rəy yazaraq səhfin etiraf olunmasının nəticəni dəyişmədiyini diqqətə çatdırıb:

“Sağolsun, amma nə fayda”.

Futbolçunun bu qısa, lakin sərt reaksiyası qısa müddətdə sosial şəbəkə istifadəçiləri və azarkeşlər tərəfindən müzakirə olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑