“Tenerife”nin hücumçusu Xesus de Migelin faciəvi ölümü ilə nəticələnən matçda həmin epizodun iştirakçısı olan “Andorra”nın qapıçısı Xesus Ovono hadisədən sonra ilk dəfə rəsmi açıqlama yayıb.
Futbolpress.az xəbər verir ki, qolkiper klubun X sosial şəbəkəsindəki səhifəsi vasitəsilə dərin sarsıntı keçirdiyini bildirib. Baş verənlərin həyatının ən çətin anları olduğunu vurğulayan Ovono duyğularını belə ifadə edib:
“Bunlar həyatımın ən çətin günləridir. Söz tapmaqda çətinlik çəkirəm və baş verənləri hələ də dərk edə bilmirəm. Xesusun ölümünə görə böyük kədər hissi keçirirəm. Onu və ailəsini düşünürəm”.
Hüquqi və araşdırma proseslərinə toxunan qapıçı əlavə edib:
“Bilirəm ki, qarşıda aydınlaşdırılmalı çox məsələ var və onların hamısına böyük hörmətlə yanaşacağam. Amma indi, açığı, Xesusdan və yaşadığımız bu ağrıdan başqa heç nə haqqında düşünə bilmirəm. Ruhun şad olsun, Xesus”.
Xatırladaq ki, İspaniya Sequndasının 12-ci turunda, noyabrın 2-də keçirilən və 2:2 hesabı ilə bitən “Tenerife” – “Andorra” qarşılaşmasının son dəqiqələrində toqquşma baş vermişdi. Qapıçı Ovono ilə sərt epizodda ürəyi dayanan 30 yaşlı de Migel xəstəxanaya çatdırılsa da, noyabrın 3-də vəfat etmişdi.




